Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu ada “Monako”nun hücumçusu Kevin Volland layiq görülüb.
Almaniyadan olan 30 yaşlı futbolçu Avroliqanın qrup mərhələsinin sonuncu turunda Serbiyanın “Srvena Zvezda” komandasına 4:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vurub.
Xatırladaq ki, Avroliqada həftənin ən yaxşı oyunçusu adına Aitor Ruibal (“Betis”, İspaniya), Anders Dreyer (“Midtyulland”, Danimarka) və Lorentso Pelleqrini (“Roma”, İtaliya) də namizəd idi.