Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Orenburq”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 90+1-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. İlya isə 80-ci dəqiqədə meydana buraxılıb.

“Ximki” 16 turdan sonra 12 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Shares: