"Çelsi"nin baş məşqçisi Joze Mourinyo gələcəklə bağlı planları və məşqçilik karyerasına nə vaxt son qoyacağı barədə danışıb. Futbolinfo.az xəbər verir ki, o, düşüncələrinin çox açıq olduöunu bildirib:
“15-20 il daha yuxarı səviyyədə çalışmaq istəyirəm. Əgər bu səviyyəyə çatmışamsa, belə də davam etmək lazımdı. Bu normaldı. Əgər bu müddət ərzində yüksək səviyyəli bir klubda qalacaq qədər yaxşı işlər görsəm, davam edəcəyəm. Yaxşı olmasam və dəyərim düşsə, o zaman məni balaca klublar istəyəcək. Heç kim böyük layihələr ola-ola kiçik layihələrlə məşğul olmaz. Ancaq yenə də təkrar edirəm. Fiziki və zehni cəhətdən güclü olduğum müddətcə çalışmaq istəyirəm".