“Neftçi”nin futbolçusu Sezar Meza Kollinin komandaya qoşulacağı tarix dəqiqləşib. Zədə üzündən bu yay komandaya kömək edə bilməyən paraqvaylı dekabrın sonunda bakılılara qoşulacaq.

Mövsümə hazırlıq zamanı zədələnən yarımmüdafiəçi bu barədə futbolinfo.az-a özü məlumat verib. O, bu ayın sonu, ən geci yanvarın əvvəlində klubun düşərgəsində olacağını bildirib.

Meza Kolli müalicəsinin hələ də davam etdiyini deyib.

Shares: