UEFA Maliyyəyə nəzarət qurumu “Yuventus” haqda araşdırmaya start verildiyini rəsmən açıqladı. Turin klubunun “Maliyyə Feyr-Pley”i qaydalarını pozduğu elan edildi.
“Yuventus” rəhbərliyinin qəfil istefasının səbəbləri yavaş-yavaş aydınlaşır. Andrea Anyelli və Pavel Nedved başda olmaqla, klubun İdarə Heyəti üzvlərinin niyə postundan getdiyi bu açıqlama ilə aydınlanır.
Bu gün səhər saatlarında oxşar xəbər yayılmış, araşdırmanın La Liqa rəhbərliyinin istəyi ilə başladıldığı bəyan edilmişdi. İndi isə rəsmi açıqlama ilə xəbər təsdiqini tapdı.
“Yuventus”u böyük məbləğdə cərimə, eyni zamanda müəyyən müddətə transfer qadağası gözləyir.