PSJ Lionel Messi ilə yeni müqaviləylə bağlı razılığa gəlib. Yayda Fransa çempionu ilə anlaşması başa çatacaq argentinalı daha bir il Parisdə qalmağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, mundial bitdikdən dərhal sonra futbolçu və klub rəsmiləri yeni müqaviləni rəsmən açıqlayacaq. Tərəflər bir il uzadılmaq şərti ilə birillik müqaviləyə razılaşıb. Bütün detallar dəqiqləşib, sadəcə, futbolçunun fikrini yığma komandadan yayındırmamaq üçün PSJ səbr etməyi lazım bilir.
“İnter Mayami”nin israrla istədiyi Messinin Avropada qalmaq, Çempionlar Liqasında mübarizə aparmaq arzusu parislilərlə razılaşmada böyük rol oynayıb.