“Araz Naxçıvan”ın Premyer Liqaya gəlmək planları növbəti dəfə təxirə salınır. Mövsümə əla başlayan, yaxşı heyət toplayan klub yoolun yarısında strategiyasını dəyişib.

İl ərzində Muxtar Respublikada yeni komanda quruculuğu görüşlən böyük işlər, nə yazıq ki, başa çatdırılmayacaq. Uşaq komandalarının inkişafı proqramı, əsas komandanın gücləndirilməsi arzuları reallaşmayacaq. Qışda futbolçu və məşqçilər “Araz”dan ayrılsa, buna da təəccüblənməyəcəyik.

Naxçıvanda son günlər başverənlər kluba da təsirsiz ötüşməyib. Təfsilatı ilə nələrin baş verdiyindən məlumatsızıq, amma olanların sponsorları kluba daha böyük maliyyə yatırmaqdan çəkindirdiyi dəqiqdi.

Shares: