“Neftçi” Premyer Liqanın 16-cı turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını başa vurub.

Futbolinfo.az xəbər verir ki, komanda üzvləri bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıblar.

Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu dekabrın 2-də “Bakcell Arena”da keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.

Shares: