Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, bu ada Argentina millisinin kapitanı Lionel Messi layiq görülüb.
PSJ-nin hücumçusu səsvermənin nəticəsində bütün rəqiblərini qabaqlayıb. 35 yaşlı oyunçu 275 xalla İFFHS tərəfindən ötən ilin ən yaxşısı elan edilib. Sıralamada ikinci yeri Messinin PSJ-dəki komanda yoldaşı Kilian Mbappe tutub, üçüncü yeri isə “Real”ın hücumçusu Kərim Benzema tutub.
Xatırladaq ki, İFFHS dünyada ilin ən yaxşı futbolçusu mükafatını 1988-ci ildə yaradıb. 2020 və 2021-ci ildə bu mükafata polşalı Robert Levandovski layiq görülüb.
1. Lionel Messi (Argentina, PSJ) – 275
2. Kilian Mbappe (Fransa, PSJ) – 35
3. Kərim Benzema (Fransa, “Real”) – 30
4. Luka Modriç (Xorvatiya, “Real”) – 15
5. Erlinq Haland (Norveç, “Mançester Siti) – 5