“Çelsi” transfer bazarında fəallıq göstərməkdə qərarlıdır. İngiltərə Premyer Liqasında oyunçu alışlarına ən çox pul xərcləyən klub olan “zadəganlar”, yanvarda da boş dayanmayacaq.

Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi nəticələrin pisləşməsi üzündən heyəti ciddi şəkildə gücləndirməyə qərar verib və bir neçə hədəfə köklənib. Nqolo Kante ilə yayda başa çatacaq müqaviləni yeniləməyə çalışan londonlular, “Benfika”dan Entso Fernandesi, “Brayton”dan Moyses Kaysedonu transfer etməyə çalışır.

Deklan Raysla da maraqlanan “Çelsi”nin bu oyunçu ilə bağlı qərarı Kantedən asılı olacaq. Fransa yığmasının üzvü heyətdə qalmağa razılaşsa, “Vest Hem”in yarımmüdafiəçisinin keçidi təxirə salınacaq.

Londonluların əsas hədəfi Fernandesdir. “Benfika”ya 105 milyon funt-sterlinqlik təklif göndərən klub, Portuqaliya təmsilçisinin qərarını gözləyir.

Son xəbərlərə görə, Lissabon klubu bu təklfə razıdır. “Çelsi” oyunçu ilə şəxsi anlaşma əldə edib və dünya çempionu ilə 2028-ci ilin yayınadək müqavilə bağlayacaq.

Shares: