PSJ maaş büdcəsi üzündən islahat aparmağa məcburdur. Xərclərin həddindən artıq çoxalması Fransa klubunu həll yolu tapmağa məhkum edib.

Futbolinfo.az xəbər verir ki, klub Lionel Messi və Kilian Mbappenin əsas rol oynadığı layihəni genişləndirmək niyyətindədir. Argentinalı dünya çemponu olduqdan sonra onu saxlamaq, yeni müqavilə imzalamaq üçün qazancını artırmaq lazımdır. Mbappe isə zatən “Real”a buraxılmayanda onunla çox ciddi məbləğlərin əks olunduğu anlaşma imzalandı.

Belədə maaş büdcəsi həddindən artıq böyüyür və klubun maliyyə feyr-leyində problem yaşamaması üçün ixtisarlar mütləqdir. Yeni oyunçuların alınması da nəzərdə tutulur və mütləq kimsə yola salınmalıdır. PSJ bu səbəbdən Neymarın üzərində dayanıb. Braziliyalını satmağı düşünən parislilər yayda onun üçün gələcək təklfləri dəyərləndirmək niyyətindədir.

Fransa çempionu Neymar üçün 100 milyon avroluq təklif gözləyir.

Shares: