Niderland millisinin müdafiəçisi Deyli Blindin yeni iş yeri açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, “Ayaks”la müqaviləsinə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilən 32 yaşlı futbolçu Almaniya nəhəngi “Bayern”lə anlaşıb.
O, Münhen klubuna qoşulmaq üçün bu gün səhər saatlarında Almaniyaya yollanıb. Müdafiəçinin tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə imza atacağı bildirilir.
Xatırladaq ki, bu mövsüm “Ayaks” forması ilə 19 matça çıxan Blind 2 məhsuldar ötürmə ilə yadda qalıb.