“İnter”in baş direktoru Beppe Marotta Milan Şkrinyarın klubda qalacağına ümid edir. O, slovakiyalı mərkəz müdafiəçisinin fikrini dəyişəcəyinə inanır.
Futbolinfo.az xəbər verir ki, Marotta Şkrinyarla danışıqları davam etdirdiklərini deyib: “Şkrinyarla təmaslarımız davam edir. O, bizimlə qalmağı haqq edir, klubumuzun indiki və gələcək tarixinin bir parçası olmağa layiqdir. Mən nikbinəm, Milanın fikrini dəyişib “İnter”də qalacağına inanıram. Onu razı salmaq üçün çox şey edə bilərik, amma imkansız olanı reallaşdıra bilmərik. Tezliklə nəticə əldə etməliyik”.
Xatırladaq ki, Şkrinyarın “İnter”lə mövcud müqaviləsi yayda bitəcək. Müdafiəçi yeni müqavilə imzalamır və PSJ-dən gələn təklifi dəyərləndirmək niyyətindədir.