“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstanın “Ferentsvaroş” klubu ilə müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, Budapeştə yollanan qanalı hücumçu rəsmi sözləşməyə imza atıb.

25 yaşlı forvard yeni komandasına bu mövsümün sonunda qoşulacaq.

Xatırladaq ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Kvabena Ovusu Ağdam təmsilçisində 77 oyuna 19 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, bir müddət Türkiyənin “Ankaragücü” klubunda icarədə də oynayıb. Futbolçunun Ağdam klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq.

Shares: