“Neftçi” qış fasiləsində ilk transferini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin milliləşdirilən üzvü Höccət Haqverdini heyətinə qatıb.
Klub bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb. Farsəsilli oyunçu ilə 1,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 3 nömrəli formanı geyinəcək.
Höccət son mövsümü “Traktor”da keçirib. “Sumqayıt”ın 2021-ci ildə “Paykan”dan ayrıldıqdan sonra azad agent kimi heyətinə qatdığı oyunçu, Təbriz təmsilçisində icarədə olub.
29 yaşlı müdafiəçinin “kimyaçılar la müqaviləsi davam edirdi. “Neftçi” bu üzdən “Sumqayıt”a təxminən 100 min dollar ödədiyi iddia olunur.
Xatırladaq ki, Höccətin “Neftçi” ilə ilyarımlıq müqavilə bağlayacağını ilk olaraq “Futbolinfo” yazmışdı.