Joao Feliks tezliklə “Çelsi” forması geyinəcək. Londonlular portuqaliyalı futbolçunu heyətə qatmağa çox yaxındır.

Futbolinfo.az xəbər verir ki, “Atletiko”nun yüksət transfer haqqı tələbi üzündən hücumçunun birdəfəlik keçidi baş tutmur. Madridlilər qiymətdə güşətə getmir, müştərilər də onun üçün 120 milyon avro ödəmək istəmir.

Belə olan halda “Atletiko” futbolçunu icarəyə verməyə də razıdır. “Mançester Yunayted”lə razılıq əldə olunmadıqdan sonra Premyer Liqada vəziyyəti çətinləşən “Çelsi” dövriyyəyə girib. “Zadəganlar” 23 yaşlı oyunçu üçün iyunadək 11 milyon avro icarə haqqı ödəməyə razılaşıb. Daha sonra birdəfəlik satınalma bəndi nəzərə alınmaqla tərəflər razılığa gəlib.

Klublar sözdə anlaşıblar. Futbolçunun da bu varianta razılıq verməsindən sonra yaxın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir.

Shares: