Aleks Moreno “Betis”in son oyunu üçün heyətə salınmadı. Bunun səbəbi onun klubdan ayrılmağa hazırlaşmasıdır.

Futbolinfo.az xəbər verir ki, İspaniya təmsilçsi futbolçunu “Aston Villa”ya satacaq. Oyunçu ingilislərlə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb. Geriyə klubların transfer qiymətində anlaşması qalıb ki, bu baxımdan ortaq məxrəcə gəlməyə çox yaxındırlar.

29 yaşlı ispan sol cinah müdafiəçisi ilk dəfə legioner karyerası yaşayacaq. 2019-cu ildə “Rayo Valekano”dan alınan futbolçu indiyədək İspaniyanın bir neçə klubunda oynayıb. “Betis”lə 2,5 illik müqaviləsi qalan oyunçu bir ay öncə Birmingem təmsilçisinin baş məşqçi postuna əyləşən Unay Emerinin istəyi ilə heyətə qatılır.

Shares: