“Benfika”nın baş məşqçisi Rocer Şmidt Entso Fernandesin satılmayacağını bildirib. “Çelsi”nin futbolçunu israrka transfer etmək istəməsinə baxmayaraq, argentinalı dünya çempionu Lissabonda qalacaq.

Futbolinfo.az xəbər verir ki, məşqçi məsələyə nöqtə qoyulduğunu bildirib: “Bu məsələ bitib. Nəyinsə dəyişməsi mümkün deyil. O, bizim oyunçumuz olaraq qalacaq”.

Şmidt futbolçunun məşqlərə yanaşmasından da razıdır: “Çox əla durumdadır. Entso həvəslə məşq edir, növbəti oyunları gözləyir. Komandamızın bir parçası, hətta kilid oyunçusudur”.

“Benfika” Fernandesi heyətində saxlamaqla bu mövsümkü hədəflərinə çatmağa çalışır. Daha sonra isə oyunçunu yayda daha baha qiymətə satmağı planlayırlar.

Shares: