Tomas Müller qərarını dəyişdi. “Bayern”in aparıcı oyunçusu hələ bir müddət də Almaniya millisinin şərəfini qoruyacaq.

Futbolinfo.az xəbər verir ki, Qətərdəki Dünya Çempionatında uğursuz çıxış edən millinin üzvü yarış bitincə yığma karyerasına son qoyduğunu açıqlamışdı. 33 yaşlı oyunçu Bundestimin qrupda qalmasında özünü günahkarlardan biri sayaraq yerini gənclərə verməyi qərara almışdı.

Amma indi o, yenidən millidə çıxış etməyə hazır olduğunu deyir: “Milli karyeramı yekunlaşdırmıram. O sözləri dediyim anlarda oyundan sonrakı məyusluğu yaşayırdım və çox həssas idim. Bu barədə götür-qoy etdim və baş məşqçi Hans-Diter Fliklə müzakirələr apardım. Peşəkar futbolçu karyeram davam etdiyi müddətdə milli komanda üçün hər an hazır olacağam”.

Shares: