“Atletiko” məşqçi dəyişikliyinə hazırlaşır. Nəticələrdən asılı olmayaraq, mövsüm bitən kimi Dieqo Simeone ilə yollar ayrılacaq.

Futbolinfo.az xəbər verir ki, bu qərara məşqçi özü gəlib. Uzun illər Madrid təmsilçisinə uğurla rəhbərlik edən argentinalı mühiti dəyişmək niyyətindədir. O, bu addımın kluba da faydalı olacağını düşünür. Cari mövsümdə komandanın istənilən kimi çıxış etməməsinin ardından Simeone rəhbərliklə görüşərək qərarını bildirib.

Simeone 2011-ci ilin dekabrından “Atletiko”ya rəhbərlik edir. Daha öncə 5 il ərzində vətənində 4 klubu çalışdıran, İtaliyada “Kataniya”y rəhbərlik edən Dieqo 6 iş yeri dəyişmişdi. Madridə də ikinci dəfə təyinat aldığı “Rasinq”dən gəlmişdi.

Simeonenin Madriddə bir sıra uğurları olub. İki dəfə İspaniya çempionu olan mütəxəssisin klubla mövcud müqaviləsi 2024-cü ilin yayında bitəcəkdi.

Shares: