Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunan Kriştianu Ronaldo bu ölkənin DÇ-2030-a namizədliyinin səfiri olmaqla 200 milyon avro qazanacaq. Bu barədə “France 24” məlumat yayıb.

Futbolinfo.az xəbər verir ki, daha əvvəl kommersiya gəlirləri nəzərə alınmaqla hücumçunun “Əl Nəsr”də illik təxminən 200 milyon avro qazanacağı bildirilirdi. 2,5 illik müqavilə imzalayan portuqaliyalı ümumilikdə yarım milyard avro əldə edəcək.

Lakin bu, Ronaldonun Səudiyyə Ərəbistanında əldə edəcəyi bütün gəlirlər deyil: “Ronaldo müqaviləyə əsasən 200 milyon avrodan çox qazanacaq. 37 yaşlı forvard Səudiyyə Ərəbistanının 2030-cu il Dünya Çempionatına namizədliyinin səfiri olacaq və bunun üçün ona daha 200 milyon avro ödəniləcək”.

Xatırladaq ki, Ronaldonun vətəni Portuqaliya da DÇ-2030-a ev sahibliyi etmək üçün namizəddir. Bu ölkə də İspaniya və Ukrayna ilə birgə namizədlik ərizəsini təqdim edəcək.

Shares: