Marko Veşoviç Polşa mətbuatında “Səbail” barədə onun adından yazılan açıqlamaya aydınlıq gətirib. “Qarabağ”ın legioneri Bayıl təmsilçisi ilə bağlı fikirlərinin təhrif olunduğunu deyib.
Futbolinfo.az xəbər verir ki, Marko polşalı jurnalistlərlə ayaqüstü söhbət etdiyini təsdiqləyib: “Legiya” və “Səbail” arasında yoldaşlıq oyunu zamanı jurnalistlərlə danışmışam. Onlar məndən “Səbail”in neçənci pillədə olduğunu soruşublar, mən də sonuncu oldularını demişəm. Əlavə məlumat istəyəndə ilk 3 pillədə olan komandalarla müqayisədə büdcələrinin aşağı olduğunu bildirmişəm”.
Marko “Səbail” haqda “ən zəif komandadır” ifadəsini işlətməyini bildirib: “Mən heç vaxt hansısa komanda haqda belə ifadə işlətmərəm. Unutmayaq ki, biz çempionatda son məğlubiyyətimizi məhz “Səbail”dən almışıq. Belə məsələlərdə həssas insanam. Bu xəbəri gördüm, o ifadə məni narahat etdi. Yazılanlar ayaqüstü söhbət etdiyim polşalı jurnalistin təxəyyülünün məhsuludur”.