Kadi Borgesi transfer edən Rusiyanın “Krasnodar” klubunun “Qarabağ”ın digər oyunçusu Leandro Andradeni də heyətə qatacağı deyilir. Qonşu ölkə mətbuatın inansaq, bununla bağlı ağdamlılarla danışıqlar aparılır.

Amma Rusiya klubunun skautu Maksim Buznikin futbolinfo.az-a açıqlamasında məlumatı təkzib edib: “Hər yazılan məlumata inanmaq lazım deyil. Bu xəbəri qəti təkzib edirəm”.

Qeyd edək ki, “Krasnodar” Kadi Borgesi “Qarabağ”dan 5 milyon avroya alıb. Buznikin brazilyalı ilə də maraqlanmadıqlarını demişdi, amma sonra Kadi Rusiya klubuna yollandı.

Shares: