Markus Türam tezliklə iş yerini dəyişəcək. Fransa millisinin hücumçusuna 3 ölkədən təklif gəlib.

Futbolinfo.az xəbər verir ki, Münhenqladbax “Borussiya”sında 4-cü mövsümünü keçirən 25 yaşlı oyunçu İspaniya, İtaliya və ya İngiltərədən birinə köçəcək. Almanlarla müqaviləsi 6 aydan sonra bitəcək hücumçunun azad agentə çevrilməməsi üçün “Borussiya” real təkliflərdən birini dəyərləndirmək niyyətindədir.

“İnter”, “Çelsi” və “Barselona”nın müştəri düşdüyü futbolçu ilə anlaşmağa londonlular daha yaxındır.

Shares: