“Yuventus” Ueston MakKennini satmağa hazırlaşır. Turində qalmaq istəməyən futbolçu gələn təkliflərdən birini dəyərləndirmək niyyətindədir. Klub da bunu bildiyindən, təkliflərə açıq olduğunu elan edib.
Futbolinfo.az xəbər verir ki, “Yuventus” ABŞ millisinin üzvü üçün 20-25 milyon avro tələb edir. Bu məbləği yalnız İngiltərə klubları ödəyə bilər. Onlardan biri olan “Lids” yarımmüdafiəçi üçün rəsmi təklif göndərməyə hazırlaşır.
2021-ci ildə “Şalke”dən gələn yarımmüdafiəçi Almaniyaya qayıtmağə daha çox istəyir. Lakin Bundesliqadan olan müştəriləri turinlilərin tələbini qarşılaya bilmir. Bu səbəbdən “Lids” variantının reallaşacağı daha inandırıcıdır.
Xatırladaq ki, MakKenninin “Yuventus”la müqaviləsinin bitməsinə 2,5 il qalır.