“Çelsi”nin baş məşqçisi Qrem Potter yeni transferlər barədə danışıb. Qışda 8 transfer edən “Çelsi”nin baş məşqçisi məmnundur.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis rekord qiymətə transfer olunan Entso Fernandeslə anlaşacaqlarını düşünür: “Argentinalı əla oyunçudur, onunla yaxşı anlaşacağıq. İspanca yaxşı bilmirəm, onun da ingiliscəsi yaxşı deyil, lakin çıxış yolu tapırıq. Əsas odur ki, əla münasibət qura bilirik, futbolun dili eynidir”.
Potter yeni transferlərin komandada əhval-ruhiyyəni dəyişəcəyinə əmindir: “Çox xərc çəkdik və bunun davam etməsi mümkünsüzdür. Heyətdə ciddi canlanma oldu. Növbəti transfer pəncərələrində bu qədər aktiv olmayacağıq. İndi heyəti tam formalaşdırmaq lazımdır”.