“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev hakimlərdən şikayətçi deyil. O, səhvlərin VAR vasitəsi ilə düzəldiləcəyinə görə arxayındır.

Futbolinfo.az xəbər verir ki, mərkəz müdafiəçisi bu səbəbdən daha sakit olduqarını deyir: “Çoxu cavan hakimlərdir. Futbolçu kimi hakim də səhv edə bilər. Mübahisəli epizodlara VAR-da baxdıqları üçün artıq dəhşət ciddi səhvlər olmur. Matç zamanı hakim səhvi olanda arxayınsan ki, VAR-a baxılacaq. VAR-a görə meydanda çox çılğın ola da bilmirik. Çünki hakimin gözdən qaçırdığı epizoda VAR-da baxıb ona deyirlər. Düzdür, bəzən VAR-a baxdıqdan sonra bizim əleyhimizə penalti təyin olunub. İstənilən halda ədaləti bərpa edir. Əvvəllər penalti epizodunda özümüzü öldürürdük, çılğına dönürdük. İndi VAR-da epizoda baxdıqları üçün sakit davranmağa çalışırıq”.

Shares: