AFFA Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb:
İntizam Komitəsinin Qadınlardan ibarət “Keşlə FK” (indiki “Şamaxı”) futbol komandasında olarkən cəza almış Umnisə Əliyeva AFFA Yüksək Qızlar Liqası çərçivəsində keçirilən oyunda Qadınlardan ibarət “Neftçi PFK” komandasının heyətində cəzalı halda iştirak etdiyi üçün “Neftçi PFK” komandasına hər bir oyuna görə 0:3 hesabı ilə texniki məğlubiyyət verilməsi barədə qərar ləğv edilib. Bununla da tətbiq olunan texniki məğlubiyyətlər götürülüb.
İntizam Komitəsinin həmin qərarla oyunçu barəsində müəyyən etdiyi 4 oyunluq icra edilməmiş cəza ləğv edilib.