Tyaqo Silva “Çelsi” ilə müqaviləsini yeniləməyə hazırlaşır. Klub onunla danışıqlarda irəliləyiş əldə etdiyini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, braziiyalı müdafiəçini heyətində saxlamağa çalışan “zadəganlar” ona 2024-cü ilin yayında bitəcək yeni müqavilə təklif edib. Silva daha uzunmüddətli anlaşma tələb etsə də, sonradan təkliflə razılaşıb. Tərəflər tezliklə cari anlaşmanın yenilənməsi barədə rəsmi açıqlama verəcək.

2020-ci ilin avqustunda PSJ-dən “Çelsi”yə gələn Tyaqonun hazırkı müqaviləsi 5 aydan sonra başa çatacaq. 38 yaşlı mərkəz müdafəçisi hələ daha bir neçə il oynamağa gücünün çatacağı qənaətindədir.

Shares: