“Bayern”in baş məşqçisi Yulian Naqelsmann narahat deyil. O, Çempionlar Liqasında mümkün qədər irəli gedəcəklərini düşünür.

Futbolinfo.az xəbər verir ki, Almaniya klubunun çalışdırıcısı 1/8 finalda rəqibləri olacaq PSJ ilə duellərdə şanslarının az olmadığını deyir: “Zədəlilərimiz həddindən artıq çox oldu. Buna baxmayaraq, mübarizəyə hazırıq. PSJ-yə qarşı oyunlarda şanslarımız bərabərdir. Dünya Çempionatına görə Çempionlar Liqasında mövsümə uzun müddət ara verildi. Amma vəziyyət hamı üçün eynidir”.

Naqelsmann matçların nəticəsini oyun günlərində hansı formada olmalarının həll edəcəyini düşünür: “Həmin gündə daha yaxşı formada olmalıyıq. Zədəliləri bəhanə edə bilmərik, rəqibdə də bəzi futbolçular ilk matçı buraxacaq. Sadio Mane aramıza tez qayıtsa, buna sevinərəm. Kiçik bir ümidimiz var”.

Shares: