İllərdi avrokuboklardakı nəticələri ilə azarkeşlərini sevindirən “Qarabağ” ölkə çempionatında da hegemonluq edir. Ağdamlılar son 10 ildə rəqibləri ilə böyük fərq yarada bilib.

Təəssüf ki, klubun uşaq futboluna diqqətdə eyni uğurlarından danışa bilməyəcəyik. Bütün diqqəti əsas komandaya yönəldən ağdamlıların parlaq yetirmələri demək olar, yoxdur. Ölkədə adından söz etdirən hazır gəncləri transfer etməklə məşğul olan “Qarabağ”da uşaq komandalarına qayğı istənilən səviyyədə deyil.

Klub akademiyası (akademiya demək olarsa – red.) Bakının müxtəlif yerlərinə səpələnən komandalardan ibarətdir. Uşaq komandaları Respublika Stadionunda, “Sərhədçi”də və s. məkanlarda hazırlaşır. Gənc futbolçuların daim məskunlaşdığı, qidalandığı konkret bir yer yoxdur. Rəhbərlik bu kimi məsələlərə qətiyyən diqqət göstərmir.

Təsadüfi deyil, artıq “Qarabağ”dan kütləvi köç başlayıb. Valideynlər əsas komandanın uğuruna görə övladlarını bu kluba gətirsə də, zamanla fərqli mənzərənin şahidi olubar. Bu üzdən son bir neçə ay ərzində klubun ən istedadlı tapıntılarının böyük əksəriyyəti daha yaxşı şəraiti olan digər komandalara üz tutub. “Neftçi” və “Sabah”ın akademiyalarına üz tutan say-seçmə uşaqların sayı 20-ni keçib. Bu o deməkdir ki, “Qarabağ” növbəti illərdə də hazır yerli futbolçu tapmaq üçün yüzminlər xərcləyəcək, legioner transfer etməyə məcbur qalacaq.

Problem təkcə “Qarabağ”dakı məşqlərin səviyyəsi ilə bağlı deyil. Klubda ciddi infrastruktur problemi var. Komandanın məşq etdiyi meydanlar yararsız hala düşüb, klub 70-80 min manatından keçib istifadə müddəti bitmiş süni qazonları yeniləmir. “Sərhədçi”dəki meydan isə ümumiyyətlə, standartlara uyğun deyil. Bu kimi problemlər üzündən valideynlər övladlarını başqa klubların düşərgəsinə köçürür.

CAVAD

1619604945 akademiya secim - Futbolinfo.az
Shares: