“Zirə” ilə oyuna yaxşı hazırlaşmışdıq. Daha öncə “Sabah”la matç üçün necə çalışmışdıqsa, eynisini etmişdik” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un yarımmüdafiəçisi Henri Okebuqvu deyib.
O, Misli Premyer Liqasının 24-cü turunda “Zirə”yə 0:2 hesabı ilə uduzduqları matçdan söz açıb: “Ancaq biz ilk hissədə 2 qol buraxdıq. Bundan sonra matçın taleyini dəyişmək çətin idi. Ona görə də uduzduq”.
Nigeriyalı futbolçu əyalət təmsilçisinin qarşıdakı matçlarını da şərh edib: “Biz bütün matçlara yüksək səviyyədə hazırlaşırıq. Maksimum gücümüzlə çalışırıq ki, oyunlarda yaxşı çıxış edək, qələbələr qazanaq. Növbəti oyunlar da eyni cür olacaq. Qarşıda “Neftçi” ilə vacib qarşılaşma var. Ona da ciddi hazırlaşırıq”.
Okebuqvu “Neftçi” ilə liqa matçının Azərbaycan kubokunun yarımfinalında bu komandaya qarşı keçirəcəkləri oyunlara təsir etməyəcəyini bildirib: “Əvvəlcə çempionat matçında qələbə qazanmalıyıq”.