İtaliya Futbol Federasiyasının prokurorluğu “Roma”nın baş məşqçisi Joze Mourinyo ilə “Kremoneze” ilə oyunda (1:2) dördüncü hakim Marko Serra arasında yaranmış münaqişə ilə bağlı araşdırmalara başlayıb.

Futbolinfo.az xəbər verir ki, oyunun birinci hissəsinin sonunda Mourinyo qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb.

Matçdan sonra baş verənlərə münasibət bildirən portuqaliyalı çalışdırıcı Serranın turinli, “Roma”nın isə növbəti oyununun “Yuventus”a qarşı olmasına eyham vurub. O, həmçinin dördüncü hakimin onunla nəzakətsiz danışdığını, hətta nalayiq ifadələr işlətdiyini qeyd edib.

Mourinyonun bu açıqlaması diqqətdən yayınmayıb və federasiya araşdırmaya başlamaq qərarına gəlib. Prokurorluqda tezliklə Mourinyo və Marko Serranın ifadələri dinləniləcək. Mourinyonun haqlı olduğu üzə çıxsa, onun cəzası ləğv oluna bilər.

Shares: