Türkiyədəki dəhşətli zəlzələdən sonra Super Liqadan çəkilən “Hatayspor”u daha bir legioner tərk edib.

Futbolinfo.az xəbər verir ki, Mərakeş yığmasının hücumçusu Ayub Əl-Kaabi Qətərin “Əl-Sədd” klubuna keçib.

29 yaşlı forvard yeni klubu ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.

Əl-Kaabi 2021-ci ildən formasını geyindiyi “Hatayspor”da 55 oyuna 26 qol vurub. O, daha öncə “Vidad” (Kasablanka) və “Hebey” kimi klublarda da forma geyinib, Mərakeş yığmasında 36 oyuna 20 qol vurub.

Shares: