Sadio Mane uzun sürən fasilədən sonra meydanlara qayıdıb. Zədəsini sağaldan seneqallı “Bayern”ə kömək etmək üçün hazırdır.
Təcrübəli hücumçu Münhendə növbəti matçlara hazırlaşarkən keçmiş klubu “Liverpul”u da unutmur. Mane Almaniya mətbuatına müsahibəsində bunları deib: “Liverpul” geri dönəcək. Düşdükləri çətin durumdan çıxacaq gücə malikdirlər. Xeyli zədəli oyunçuları var idi. Yürgen Klopp hər şeyi yoluna qoymaq üçün ən uyğun baş məşqçidir. O, yeni bacarığını göstərəcək. Futbolçular onu çox sevir və döyüşəcəklər”.
Sadio İngiltərədən ayrılma qərarını da yada salıb: “Liverpul”dan ayrılmağa qərar verəndə ilk seçimim “Bayern” idi. Bundesliqaya gəlmək istəyirdim. “Zalsburq”da oynadığım vaxtdan alman futbolunu bəyənirdim”.