“Bayern” yeni müqaviləyə hazırlaşır. Münhenlilər Erik Maksim Çupo-Motinqlə razılığa gəlib.
Uzun müddətdi davam edən danışıqlar yekunlaşıb. Kamerun millisinin hücumçusu klubla 2024-cü ilin yayınadək davam edəcək yeni anlaşmaya razılaşıb. Onun maaşında artım nəzərdə tutulub.
2020-ci ilin oktyabrında PSJ-dən Münhen klubuna gələn 33 yaşlı hücumçu karyerasını burada başa vurmaq istəyir.