“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yeni mövsümün planlarını cızır. O, heyətin gücləndirilməsi üçün transfer olunmasını istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib.

Futbolinfo.az xəbər verir ki, niderlandlı çalışdırıcının istədiyi oyunçuların əksəriyyəti başqa lubların da hədəfindədir. Onların hamısını Mançesterə gətirmək çətin görünür. Hətta mümkün olsa belə, klub transfer rekordu qırmalıdır.

Əsasən hücum xəttini gücləndirmək istəyən ten Haq Viktor Osimhen (Napoli), Harri Keyn (Tottenhem), Qansalu Ramuş (Benfika) və Məhəmməd Kudusdan (Ayaks) ən azı ikisinin alınmasını arzulayır. Deklan Rays (Vest Hem), Frenki de Yonq (Barselona) və ya Cud Bellingem də “Mançester Yunayted”in hədəfindədir. İngiltərə nəhənginin baş məşqçisi Hari Maquayrın gedəcəyi təqdirdə bir mərkəz müdafiəçisi də alınmasını gözləyir.

Shares: