“Borussiya”nın daha bir futbolçusu qitə klublarının hədəfindədir. Yayda az qala heyətinin yarısının satılacağı gözlənilən Dortmund təmsilçisinin cinah hücumçucu Yulian Brandt da yol üstədir.

Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin 26 yaşlı üzvünə “Arsenal” müştəri düşüb. Londonlular onun üçün 28 milyon avro ödəməyə hazırdır.

4 il öncə “Bayer”dən transfer olunan futbolçunun “Borussiya” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq. Dortmundlular onu daha sonra havayı itirməmək üçün gələn təklifləri gözdən keçirəcək.

Shares: