Stefano Pioli İtaliya A Seriyasında növbəti xal itkisini dəyərləndirib. “Milan”ın baş məşqçisi evdə “Salernitana”nı yenə bilməməyin səbəblərini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, təcrübli mütəxəssis 1:1 hesabı ilə başa çatan matçdan sonra bunları deyib: “Nəticə fiziki və ya psixoloji enişlə bağı deyil. Komanda öndə olduğu vaxt üstünlüyünü artırmaq üçün təzyiqi artırmalı olduğu halda fərqli oynadı. Hesab bərabərləşəndən sonra oyun gərgin və əsəbi xarakter aldı. Bu, əldən verilməməsi gərəkən üstünlük idi”.

Pioli heç-heçənin Çempionlar Liqasındakı oyunun nəticəsi olmasıyla bağlı fikirlə razılaşmır: “Bir yarışa görə digərini qurban verməməliyik. ÇL matçı çıxışımıza təsir etdisə, deməli, daha çox işləməliyik. Böyük komandalar daim qazanmaq üçün oynamalıdır. Komandada yaxşı motivasiya var, ilk “dördlük”də olmaq üçün birləşmişik. Ötən mövsümlə müqayisədə fərq ondan ibarətdir ki, çempionluq əldən gedib. “Napoli” xeyli uzaqdadır və bunu hamı başa düşür”.

Shares: