Emiliano Martines nəcib addım atıb. Argentina millisinin və İngiltərənin “Aston Villa” klubunun qapıçısı əlcəklərini xeyriyyə məqsədi ilə satıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı oyunçu Qətərdəki Dünya Çempionatının finalında geydiyi əlcəkləri hərraca çıxarıb. Açıq artırma yolu ilə reallaşan satış 42 min avroya yekunlaşıb. Emilianonun dünya kubokunu qazandığı oyunda geydiyi əlcəklərin kim tərəfindən alındığı açıqlanmır.
Martines əldə olunan vəsaiti xərçəng xəstəsi olan uşaqların müalicəsi üçün bağışlayacaq: “Bir uşağa yardım etmək əlcəkləri evdə qutuda saxlamaqdan daha önəmlidir”.