Kişi həndbolçuların Azərbaycan çempionatının lideri “İdman Akademiyası” uğurlu oyunlar seriyasını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “tələbələr” XIX turda “Təhsil”lə qarşılaşıblar.
Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş 30:25 hesabı ilə “İdman Akademiyası”nın xeyrinə nəticələnib. Turun U-16 – “Məhsul” görüşü də nominal qonaqların qələbəsi ilə başa çatıb – 44:18. “Dinamo” isə RİOEUGİM komandasını 47:25 hesabı ilə məğlub edib.
XX turun oyunlarında da gözlənilməz nəticə qeydə alınmayıb.
“Təhsil” bu turda da “İdman Akademiyası”na ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qurtula bilməyib 22:26. “Məhsul” U-16-ya bu dəfə 36: 22, “Dinamo” RİOEUGİM-ə 48:17 hesabı ilə qalib gəlib.
Aktivində 45 xal olan “İdman Akademiyası” çempionatın vahid lideridir. “Məhsul” 35 xalla ikinci, “Dinamo” 30 xalla üçüncü pillədə qərarlaşıb. 4-cü yerdəki “Təhsil”in 27 xalı var. RİOEUGİM-lə U-16 komandası hərəyə 3 xalla 5-ci, 6-cı yerləri bölüşür. “Bakı” 1 xalla çempionatın autsayderidir.