Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Məsut Özil karyerasını bitirdiyini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Son olaraq “Başakşəhər”in formasını geyinən futbolçu Türkiyədə “Fənərbaxça”nın da uğurları üçün çalışıb. O, Türkiyəyə gələnə qədər “Şalke”, “Verder”, “Real” və “Arsenal” kimi klubların şərəfini qoruyub.