Qazaxıstandan olan sərbəst güləşçilər ölkəmizə gəlib. Onlar yerli idmançılarla birgə təlim-məşq toplanışında iştirak edəcəklər.
Məşqlər Göygöl Olimpiya İdman Kompleksində təşkil olunub. Hazırlığa Qərb bölgəsindən olan 40-a qədər güləşçi və Qazaxıstanın 12 pəhləvanı qatılıb.
Təlim-məşq toplanışına qatılan yerli idmançılar Azərbaycan çempionatına, qonaxlar isə Qazaxıstan birinciliyinə hazırlaşırlar. Asiyalılar artıq 3 ildir ki, toplanış keçmək üçün ölkəmizə gəlirlər. İki həftə davam edən hazırlıq martın 24-də başa çatacaq.
BƏHRUZ MUSAYEV, GÖYGÖL