2022/23 mövsümünün sonunda Türkiyə Super Liqasını tərk edəcək komandaların sayı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

TFF “Hatayspor” və “Qaziantep”in zəlzələ səbəbindən çempionatda iştirakını dayandırdığı üçün dörd əvəzinə iki klubun 1-ci Liqaya düşəcəyini açıqlayıb.

Elə alt liqalarda da bəzi klublar çempionatdan çəkildiyi üçün düşən və yüksələn komandaların sayında dəyişiklik edilib.

Növbəti mövsümdən Türkiyə Super Liqasında 20 komandanın iştirakı nəzərdə tutulub. Alt liqaların da məhz 20 iştirakçı ilə keçirilməsi planlaşdırılır.

Shares: