“Qarabağ”ın 10 futbolçusu milli komandalara dəvət aldığından “Qalatasaray”la keçiriləcək xeyriyyə matçı üçün Ağdam təmsilçisinə “Zirə” və “Şamaxı”dan 4 futbolçu cəlb olunub. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, “Zirə”dən qapıçı Anar Nəzirov və haitili müdafiəçi Donald Gerye, “Şamaxı”dan isə müdafiəçilər – Rauf Hüseynli ilə Nihad Quliyev komandaya cəlb olunub.
Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.