Ceyms Milner karyerasını bitirməyə tələsmir. O, yeni müqavilə imzalamaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, yayda azad agent olacaq təcrübəli yarımmüdafiəçi yeni klub axtarışındadır. Amma “Liverpul”un baş məşqçisi onu buraxmaq niyyətində deyil. Alman çalışdırıcı 37 yaşlı oyunçunun daha birillik anlaşma imzalamasını istəyir. Bu səbəbdən tərəflər arasında danışıqlar başlayıb.

8 ildir “Liverpul”da olan Milner daha öncə “Lids”, “Svindon”, “Aston Villa”, “Nyukasl” kimi klublarda oynayıb. O, hazırkı il yerinə 5 ilini keçirdiyi “Mançester Siti”dən gəlib.

Shares: