Heyətindəki futbolçularla müqavilələri yeniləməkdə çətinlik çəkən “Milan” növbəti addımı atacaq. Hələ də Rafael Leaonu razı sala bilməyən, Olivye Jiru ilə ortaq məxrəcə gəlməyən “rossonyerlər” tilsimi qırmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, son İtaliya çempionunun yeni hədəfi Mayk Menyandır. Fransa millisinin qolkiperi ilə danışıqlar başlayıb. Tərəflər yeni anlaşma üçün prinsipial razılıq əldə ediblər.
2026-cı ilədək nəzərdə tutulan hazırkı müqaviləyə görə Menyan illik 3 milyon avro qazanır. “Milan” həm anlaşmanın müddətini, həm də fransalının maaşını artırmaq niyyətindədir.