Roberto De Zerbi “Tottenhem”in hədəfinə düşüb. London klubu Antonio Kontenin istefaya göndərilməsindən sonra boş qalan posta digər italiyalını gətirmək istəyir.
Futbolinfo.az xəbər verir ki, İngiltərə klubunun yeni təyianata tələsməməsi, yayı gözləməsi də bununla bağlıdır. Belə ki, De Zerbinin müqaviləsindəki bənd üzündən belə addım atılır.
Hazırda “Brayton”u çalışdıran italiyalının başqa kluba keçidi üçün yeni müştərinin müəyyən məbləğ ödəməsi kifayət edir. Lakin müqavilədə qeyd olunub ki, bu, mövsümün gedişində yox, yalnız mövsüm bitdikdən sonra mümkündür. Bu üzdən “Tottenhem” də Robertonun təyinatı üçün yayı gözləyir.
43 yaşlı çalışdırıcının “Brayton”la 2025/26 mövsümünün sonunadək müqaviləsi var. Bu klub daha öncə Qrem Potter “Çelsi”yə keçdiyi üçün kompensasiya qazanmışdı. Deyəsən, növbədə De Zerbidir.