“İnter” Türkiyə millisinin daha bir üzvü ilə güclənə bilər. Hakan Çalhanoğlu ilə mövcud müqaviləni yeniləmək üzrə olan milanlılar indi də Merih Demiralı düşərgəsinə gətirməyə çalışır.

Futbolinfo.az “La Gazetta dello Sport”a istinadla xəbər verir ki, vaxtilə İtaliyada “Sassuolo” və “Yuventus”un da formasını geyən mərkəz müdafiəçisi keçidin əleyhinə deyil. Amma öncə “Atalanta”nı razı salmaq lazımdır. Berqamolularla 3 illik müqaviləsi olan Merihlə bağlı qərarı klubu verəcək.

Demiralı “Yuventus”dan 21 milyon avroya almış “Atalanta” indi onun üçün 30 milyon tələb edir. “İnter” bu transferdə maraqlıdır. Çünki Milan Şkrinyarı yayda azad agent kimi PSJ-yə yollanacaq. Onu əvəz etmək üçün təcrübəli mərkəz müdafiəçisinə ehtiyac var və Demiral ən uyğun namizədlərdən biridir.

Shares: