Yevlax Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş yeniyetmə və gənclər arasında basketbol üzrə rayon birinciliyə start verilib. Ümumilikdə 6 komandanın iştirak etdiyi yarış maraqlı alınıb, gərgin və əyləncəli anlarla yadda qalıb.

Yarışın əsas məqsədi yeniyetmə və gənclərin fiziki sağlamlığı ilə yanaşı psixoloji cəhətdən inkişafına təkan verməkdir. İdmana marağın artırılması istiqamətində fəaliyyətlərin intensivləşdirilməsi, basketbol idman növünün təbliği, yeniyetmə və gənclər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili də əsas niyyətlərdəndir.

Sonda hər iki yaş qrupuna aid olan komandalardan müvafiq yerlərin sahibləri diplomlarla təltif olunublar.

BƏHRUZ MUSAYEV, YEVLAX

Shares: